Bakıda bu obyektdə at ətindən dönər  verilirmiş
05 mart 2025 09:53 (UTC +04:00)

Bakıda bu obyektdə at ətindən dönər verilirmiş

Bakıda at ətindən dönər hazırlayanlar ifşa olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib. Nəticədə sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı məlum olub. Eyni zamanda mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb.

Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub. 

Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1660

Oxşar yazılar