Azərbaycanda ən populyar  sosial şəbəkə açıqlandı
07 mart 2025 07:32 (UTC +04:00)

Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı

“Statcounter” beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin statistikasını təqdim edib. Belə ki, 2025-ci ilin fevralında instaqramın Azərbaycanın sosial şəbəkə bazarındakı bütün cihazlar üzrə payı (kompüterlər, mobil cihazlar və planşetlər) 41,25 faiz təşkil edib.

Lent.az “Statcounter”ə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,2 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 9,24 faiz çoxdur.

İkinci yerdə qərarlaşmış feysbuk şəbəkəsinin payı bir ay ərzində 4,17 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 5,42 faiz azalaraq 21,65 faiz təşkil edib. Siyahıda üçüncü yeri tutmuş “Pinterest”in payı fevral ayında 1,3 faiz, illik müqayisədə isə 2,8 faiz artaraq 17,44 faiz təşkil edib. Yutub isə dördüncü yerdə qərarlaşıb. Onun bazar payı son bir ayda 1,95 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4,07 faiz azalaraq 11,43 faiz təşkil edib.

İlk beşliyi sonunda isə 4,04 faiz bazar payı ilə X (keçmiş “Twitter”) qərarlaşıb. Bu sosial şəbəkənin populyarlığı son bir ayda 1,01 faiz, son bir ildə isə 2,41 faiz azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2174

Oxşar yazılar

Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

19 iyun 2025 , 12:46
35 dərəcə isti  olacaq - Sabahın havası

35 dərəcə isti olacaq - Sabahın havası

19 iyun 2025 , 12:27
Tələbələrin kirayə mənzil KABUSU:  Evlər bu ayda daha ucuz olacaq

Tələbələrin kirayə mənzil KABUSU: Evlər bu ayda daha ucuz olacaq

19 iyun 2025 , 10:56
Müəllimlərin maaşı artıb

Müəllimlərin maaşı artıb

19 iyun 2025 , 10:47
Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

19 iyun 2025 , 10:38
Azərbaycanın itkin-şəhidi  dəfn olunacaq

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq

19 iyun 2025 , 09:45
2025-ci ilin yayında heyrətamiz uğur  qazanacaq BÜRCLƏR

2025-ci ilin yayında heyrətamiz uğur qazanacaq BÜRCLƏR

19 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

19 iyun 2025 , 08:21