Zakir Həsənov Serbiyaya gedəcək
14 fevral 2014 11:46 (UTC +04:00)

Zakir Həsənov Serbiyaya gedəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyaya səfər edəcək. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 17-də başlayacaq və iki gün davam edəcək səfər Serbiyanın müdafiə naziri cənab Neboyşa Rodiçin dəvəti ilədir.

 

Səfər çərçivəsində Serbiyanın rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş"in imzalanması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487
avatar

Oxşar yazılar