Ukraynadakı səfirimiz tələbələrlə görüşüb
22 mart 2014 15:30 (UTC +04:00)

Ukraynadakı səfirimiz tələbələrlə görüşüb

0

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Xarkov şəhərinə səfər edərək Xarkovun ali təhsil müəssisələrində təhsil alan Azərbaycanlı tələbələrlə görüşüb. Bu barədə Lent.az-a Ukrayna Azərbaycanlı Gənclər Birliyinin  Mətbuat Xidmətindən məlumat verilib. Səfirin Xarkov Milli Radioelektronika Universitetinin rektoru Vladimir Maştalir ilə görüşündən sonra universitetin böyük tədbir salonunda Xarkovun 23 ali təhsil müəssisəsində təhsil alan iki mindən artıq tələbənin 300-dək nümayəndəsi ilə görüş keçirilib. Görüşdə Səfirliyin birinci katibi Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, universitetin xarici tələbələrlə iş üzrə dekanı professor Murad Ömərov da iştirak edib.

Tələbələrin üzləşdikləri çətinliklərin öyrənilməsi məqsədilə söz onlara verilib. Müzakirə nəticəsində tələbələrin daha çox üzləşdiyi bir neçə problem müəyyən edilib, onların bəzilərinə aydınlıq gətirilib, digərlərinin isə müxtəlif səviyyələrdə araşdırılacağını və bu barədə mümkün tədbirlər görüləcəyi bildirilib.

E. Mədətli  Xarkova səfəri çərçivəsində Xarkov Milli Radioelektronika universitetinin rektoru Vladimir Maştalir və Xarkov Ali Təhsil müəsisələrinin xarici tələbələrlə  iş üzrə prorektorları ilə şurasının üzvləri ilə görüşüb. Azərbaycanlı tələbələrə götərilən diqqətə görə prorektorlara təşəkkür edən səfir onları Bakıya səfərə dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1067

Oxşar yazılar