Ukrayna səfiri: “Rəsmi Bakıya mövqeyinə görə təşəkkür edirəm”
27 fevral 2014 12:29 (UTC +04:00)

Ukrayna səfiri: “Rəsmi Bakıya mövqeyinə görə təşəkkür edirəm”

0

“Ukraynada hansı vəziyyətin yaranmasından asılı olmayaraq Ukrayna-Azərbaycan münasibətləri hər zaman strateji və dostluq münasibətləri olaraq qalacaq. Azərbaycanla münasibətlər Ukraynadakı bütün siyasi qüvvələr üçün prioritetdir”.


 

APA-nın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.

 

Səfir hazırda Ukraynada 3 mindən çox azərbaycanlı tələbənin təhsil aldığını söyləyib: “Bizdə azərbaycanlılara qarşı heç vaxt neqativ münasibət müşahidə olunmayıb. Ukraynadakı siyasi vəziyyətə baxmadan biz ümumi layihələr üzərində çalışırıq. Mən rəsmi Bakıya Ukrayna ilə bağlı ölçülü-biçili mövqeyinə görə təşəkkür edirəm, bu mövqe ondan ibarətdir ki, Ukrayna özü bu problemlərin öhdəsindən gələcək”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 874

Oxşar yazılar