Prezidentin MDB vergi xidmətləri əsasnaməsi haqda fərmanı
25 fevral 2014 20:01 (UTC +04:00)

Prezidentin MDB vergi xidmətləri əsasnaməsi haqda fərmanı

Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurası haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə” Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 2011-ci il 19 may tarixli Qərarının təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Lent.az Azərtac-a istinadən xəbər verir ki, prezidentin sərəncamı ilə 2011-ci il mayın 19-da Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurası haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə” Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının Qərarı (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq ediləcək.
 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmanın birinci hissəsində göstərilən Qərarın müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Qərarın təsdiq edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsini xəbərdar etsin.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807
avatar

Oxşar yazılar