Prezident İƏT-in baş katibini qəbul edib
05 mart 2014 15:32 (UTC +04:00)

Prezident İƏT-in baş katibini qəbul edib

Prezident İlham Əliyev martın 5-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul edib. Lent.az-ın “AzərTAc”a istinadən xəbərinə görə, dövlət başçısı İyad bin Amin Mədənini İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. İyad bin Amin Mədəninin yeni vəzifəyə seçildikdən sonra ölkəmizə səfər etməsindən məmnunluğunu bildirən prezident bunu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.

 

Görüşdə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olunub, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Oxşar yazılar