Prezident Dünya Bankının Cənubi Qafqaz üzrə direktorunu qəbul edib
11 mart 2014 18:24 (UTC +04:00)

Prezident Dünya Bankının Cənubi Qafqaz üzrə direktorunu qəbul edib

0

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə,  Henri Kerali Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf tədbirlərini, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın razılıq doğurduğunu bildirib.


Son illər Azərbaycanda uğurlu iqtisadi inkişafa nail olunduğunu vurğulayan prezident İlham Əliyev hazırda ölkəmizdə yeni beş illik iqtisadi inkişaf proqramının təsdiq edildiyini və həmin proqramda qeyri-neft sektorunun və sənayenin inkişafına əsas prioritet sahələrdən biri kimi geniş yer ayrıldığını deyib. Dövlət başçısı proqramın icrasında Azərbaycanda yüksək demoqrafik inkişaf proseslərinin nəzərə alındığını da qeyd edib.

 

Prezident ölkədə orta təbəqənin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.


Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar