Prezident İlham Əliyev Dominikan Respublikasının prezidenti Danilo Medinaya təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, təbrikdə deyilir: “Dominikan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Dominikan Respublikası arasında münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm”.