Prezident İlham Əliyev fevralın 28-də Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, sonra prezident Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə maraqlanıb.
Prezident İlham Əliyev daha sonra Heydər Əliyev-Ziya Bünyadov-Olimpiya Stadionu avtomobil yolunun tikintisində işlərin gedişi ilə tanış olub.