Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın xəbərinə görə, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan kimi İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilib. Nazirlər Kabineti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etməlidir.