Polşadan partlayıcı sursatların daşınması üçün konteyner alınır
28 fevral 2014 19:45 (UTC +04:00)

Polşadan partlayıcı sursatların daşınması üçün konteyner alınır

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Polşanın “Jakusz” şirkətinin istehsalı olan partlayıcı sursatları daşımaq üçün konteyner alır.

 

Bu barədə APA-ya “Jakusz” şirkətindən məlumat verilib.

 

Bu günlərdə FHN-in əməkdaşları Polşaya səfər edərək adıçəkilən şirkətdə görüş keçirib.

 

Səfər zamanı Azərbaycan heyətinə konteynerin göstəriciləri və istifadəsi ilə bağlı təlimatlar verilib.

 

Qeyd edək ki, “Jakusz” şirkəti indiyədək Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Utilizasiya Mərkəzinin qurulması layihəsində iştirak edib. Şirkət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə (ANAMA) əlaqələrə malikdir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626
avatar

Oxşar yazılar