“İslahatların davam etdirilməsi Azərbaycan üçün çox vacibdir və NATO ölkəyə bu istiqamətdə kömək göstərməyə davam edəcək. Hesab edirəm ki, biz dialoq və əməkdaşlığımızı dərinləşdirə bilərik”.
APA-nın xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Baş katib görüşdə NATO-Azərbaycan formatında əməkdaşlığın daha da möhkəmləndirilməsini müzakirə etdiklərini söyləyib: “Biz siyasi dialoqu dərinləşdirmək niyyətindəyik”.
A. F. Rasmussen NATO-nun Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlara dəstəyini və əfqan təhlükəsizlik qüvvələri üçün təlimlər təşkil etməsini yüksək qiymətləndirdiklərini söyləyib.