Moskvada “Rusiya-Azərbaycan: tarixi dialoq” layihəsinin təqdimatı olacaq
07 mart 2014 20:07 (UTC +04:00)

Moskvada “Rusiya-Azərbaycan: tarixi dialoq” layihəsinin təqdimatı olacaq

0

Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihə çərçivəsində hazırlanmış ilk kitabın təqdimat mərasimində iştirak etmək üçün martın 11-də Moskvaya yola düşəcək.

 

Parlamentdən APA-ya verilən məlumata görə, STMEGİ xeyriyyə fondunun prezidenti German Zaxaryayevin “Azərbaycanda etnomədəni müxtəliflik” adlı kitabının təqdimat mərasimi Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində keçiriləcək.

 

Tədbirin təşkilatçıları Heydər Əliyev Fondu, Ümumrusiya Azərbaycan Konqresi, STMEGİ xeyriyyə fondu və Rusiya Elmlər Akademiyasıdır. Deputat Mixail Zabelin tədbirdə Azərbaycandakı tolerantlıqdan, ölkəmizdə azsaylı xalqlara göstərilən qayğıdan danışacaq.

 

Səfər martın 13-də başa çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 895

Oxşar yazılar