Azərbaycan Milli Məclisinin (MM) növbəti iclası martın 4-də olacaq.
MM üzvü Zahid Oruc APA-ya bildirib ki, iclasın gündəliyinə 5 məsələ daxildir.
Bunlar insan alverinə qarşı mübarizə ilə bağlı illik hesabat, “Akkreditasiya haqqında” qanunun ikinci oxunuşda müzakirəsi, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, ticarət gəmiçiliyi haqqında qanunvericiliyə dəyişiklik və sair sənədlərdir.