Malena Mard: “Readmissiya haqqında saziş irəliyə atılan addımdır”
01 mart 2014 12:42 (UTC +04:00)

Malena Mard: “Readmissiya haqqında saziş irəliyə atılan addımdır”

0

 “Readmissiya haqqında sazişin imzalanması Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində irəliyə atılan konkret addımdır”.


 

APA-nın məlumatına görə, bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard dünən Brüsseldə Azərbaycan və AB arasında readmissiya haqqında sazişin imzalanmasını ilə bağlı fikirlərini bölüşərkən deyib.

 

O əlavə edib ki, viza sadələşdirilməsi ilə bağlı sazişlə birlikdə, readmissiya haqqında saziş tərəflər üçün böyük əhəmiyyət kəsb edir: “Bu, insanların köçməsi və qanunsuz miqrasiya sahəsində olan əməkdaşlığımızı gücləndirəcək”.

 

Qeyd edək ki, fevralın 28-də Azərbaycan Respublikası ilə AB arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb.

 

Readmissiya sazişi AB ölkələrində qanunsuz yaşayan və deportasiya qaydalarının təsiri altına düşən Azərbaycan vətəndaşlarının vətənə qaytarılmasını nəzərdə tutur.

 

Saziş 29 noyabr 2013-cü il tarixində Vilnüs Sammiti zamanı imzalanmış Azərbaycan Respublikası və AB arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi sazişi ilə birgə Avropa Parlamenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

 

Hər iki sazişin 2014-cü ilin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1163

Oxşar yazılar