Kamal Mehdi oğlu Abdullayev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı sərəncam verib.
Prezidentin digər sərəncamı ilə K.M.Abdullayev Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.