APA-nın məlumatına görə, bunu gələn həftə İsveçrədə Suriya münaqişəsi ilə bağlı keçirilməsi planlaşdırılan konfransı şərh edən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.
Səfir bildirib ki, İranın Suriya böhranı ilə əlaqədar əsas prinsipləri ölkənin suverenliyinin qorunması, vətəndaş müharibənin dayandırılması və atəşkəsin elan edilməsi, qaçqınların öz evlərinə qayıtması və Suriya xalqına humanitar yardımının göstərilməsindən ibarətdir.
M. Pak Ayin əlavə edib ki, rəsmi Tehran Suriyaya üçüncü qüvvələrin müdaxiləsinə qarşıdır: “İran regional problemlərin həllində aparıcı rol oynamağa, Suriya xalqına və hökumətinə dəstək verməyə hazırdır”.