Sabah İndoneziyanın 130 min məscidində “Qazi Qarabağ azanı” səsləndiriləcək.
Azərbaycanın İndoneziyadakı səfirliyindən APA-ya verilən məlumata görə, bunu Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar səfir Tamerlan Qarayevlə birgə keçirdiyi mətbuat konfransında 80 milyon üzvü olan, dünyanın ən böyük qeyri-hökumət təşkilatı “Nahdlatul Ulama” müsəlman dini qurumunun sədri professor Aqil Sirac bəyan edib.
Onun sözlərinə görə, Qarabağı işğal edən və Xocalı soyqırımını törədən ermənilər həmin məscidlərin imamlarının xütbələrində lənətlənəcək.