İlham Əliyev Pakistan prezidentini təbrik etdi
22 mart 2014 18:09 (UTC +04:00)

İlham Əliyev Pakistan prezidentini təbrik etdi

0

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, prezident İ.Əliyev pakistanlı həmkarını ölkələrinin milli bayramı – “Pakistan günü” münasibətilə təbrik edib: “Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Pakistanı ənənəvi dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 910

Oxşar yazılar