Prezident İlham Əliyev bu gün Fransanın keçmiş baş naziri Dominik de Villpeni qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, keçmiş baş nazir Dominik de Villpen Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişaf tempinə görə prezident İlham Əliyevi təbrik edib.
Azərbaycandakı iqtisadi artıma toxunan fransalı qonaq bu cür əhəmiyyətli nəticələrin Avropada da olmasını arzu etdiklərini vurğulayıb. Görüş zamanı Dominik de Villpen ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı ilə yanaşı, ölkədə iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verildiyini bildirib. Fransanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlardan biri olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu deyib.