Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə Qansu vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndiyini vurğulayıb: “Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların sağalmasını, dağıntıların nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.