İran sözçüsü: "Münasibətlər yaxşı səviyyədədir"
11 mart 2014 14:15 (UTC +04:00)

İran sözçüsü: "Münasibətlər yaxşı səviyyədədir"

0

“İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi İrana səfərə dəvət edib. Bu səfərin baş tutması üçün prezidentlərin qrafikinə uyğun olaraq proqram hazırlanır”.


 

APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə keçirdiyi həftəlik brifinqdə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfxəm deyib.

 

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər yaxşı səviyyədədir və əlaqələr bu səviyyədə davam etdirilir: “Bunu İran, Türkiyə və Azərbaycan XİN başçılarının görüşünün Türkiyənin sərhəd şəhərində keçiriləcəyi də göstərir”.

 

M.Əfxəm vurğulayıb ki, Azərbaycan prezidentinin səfəri iki ölkənin münasibətlərində dönüş nöqtəsi ola bilər: “Aidiyyəti qurumlar səfərin təşkili ilə bağlı ciddi işlər görür”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 687

Oxşar yazılar