APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə İsveçrənin 2014-cü ilə dair əməkdaşlıq məsələləri müzakirə olunub.
D. Burkhalter həmsədrlərin vasitəçilik rolunu yüksək qiymətləndirib.
Vasitəçilər və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik eyni zamanda İsveçrə xarici işlər departamentinin dövlət katibi İv Rosye ilə görüş keçiriblər. Onlar ölkənin 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.