Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
11 fevral 2014 12:53 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək

O, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşündə iştirak edəcək


 

Fevralın 19-da Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Azərbaycana səfərə gələcək. Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

M. Pancikidze Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncədə keçiriləcək görüşündə iştirak edəcək. Tərəflər qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edəcəklər. 

 

Qeyd edək ki, Gəncə görüşü Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçüncü üçtərəfli görüşü olacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar