Fərhad Məmmədov barəsində yazılanlara münasibət bildirdi
28 fevral 2014 14:53 (UTC +04:00)

Fərhad Məmmədov barəsində yazılanlara münasibət bildirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov mətbuatda barəsində yazılan yazılara münasibət bildirib. SAM-dan Lent.az-a verilən məlumata görə, “Yeni Müsavat” qəzetinin 28 fevral tarixli sayında qeyri-mötəbər mənbə hesab olunan sosial şəbəkələrə istinadən dərc olunmuş “Prezident Administrasiyasında “gizli müxalifət” var?” başlıqlı məqalə tamamilə iftira xarakterlidir: “Həmin məqalədə adı çəkilən Mahir Zeynalov SAM-ın əməkdaşı deyil və heç vaxt da olmayıb. Həmin məqaləni və orada yer alan cəfəngiyyatı radikal müxalifətin, onların havadarlarının Azərbaycanın ali hakimiyyət orqanlarına və ayrı-ayrı məmurlara qarşı apardıqları çirkin böhtan və ləkələmə kampaniyasının tərkib hissəsi hesab edirəm. Bu uydurmalar, bədxah fəaliyyət ilk növbədə Azərbaycan dövlətçiliyinə qarşı həm daxildə, həm də onun hüdudlarından kənarda mənfi münasibətin formalaşmasına hesablanan uğursuz cəhdlərdir”.  

 

Açıqlamada qeyd olunub ki, SAM və onun kollektivi ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövlətçiliyinə sədaqətini, prezident İlham Əliyevin yürütdüyü siyasətə sadiqliyini sözdə deyil, əməli fəaliyyətində nümayiş etdirir: “Azərbaycan Respublikasının daha da güclənməsi, qüdrətinin artması üçün həyata keçirdiyimiz genişmiqyaslı işlərə kölgə salmağa cəhd etmək istəyənlər səhv yolda olduqlarının fərqinə varmalıdır.

İşgüzar nüfuzumu zədələməyə hesablanan bu cür əsassız, sübut və dəlilsiz məlumatları mediaya ötürən və tirajlayan KİV-ləri məhkəməyə vermək hüququmu özümdə saxlayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138
avatar

Oxşar yazılar