Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Xalid Usman Qayseri qəbul edib.
XİN-in mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüşdə nazir E.Məmmədyarov X. Qayseri Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə həmçinin Azərbaycanla Pakistan arasında münasibətlərin hazırki səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
X. Qayser diplomatik fəaliyyəti dövründə iki ölkə arasında qardaş münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Qayser etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.