Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, nazirlər Elmar Məmmədyarov və Edvard Nalbandyan yanvarın ikinci yarısında Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər. Ermənistan XİN-dən bildirilib ki, nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.