Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
09 mart 2014 17:31 (UTC +04:00)

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

0

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, E. Məmmədyarov vasitəçilərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gedişini müzakirə edəcək.

 

Qeyd edək ki, həmsədrlər martın 3-də Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da danışıqlar aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 548

Oxşar yazılar