Əli Həsənov: “Rusiya bilməlidir ki...” - <span style="color:red;">YENİLƏNİB
02 aprel 2014 14:41 (UTC +04:00)

Əli Həsənov: “Rusiya bilməlidir ki...” - YENİLƏNİB

 “Artıq ağlaşma dövrü arxada qalıb, gənclərimizi torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazırlamalıyıq”.

 

APA-nın verdiyi məlumata görə, bunu bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

 

Ə. Həsənov deyib ki, Kəlbəcərin havası, suyu kimi o torpaqlarda yetişən insanlar da safdır və dövlətçiliyə sadiqdirlər: “Dünyada elə bir ərazi yoxdur ki, 30 min bulaq, çeşmə olsun, 4 min dərman bitkisi bitsin”.

 

Azərbaycan ərazilərinin işğalı faktına digər dövlətlərin münasibəti barədə danışan Ə. Həsənov daha sonra bunları açıqlayıb: “Rusiya bilməlidir ki, İkinci Dünya Müharibəsində SSRİ-yə xəyanət edən, casusluq edən ermənilər bir gün Rusiyaya da xəyanət edəcəklər. Qərb də bunu bilir. Bəzən deyirlər ki, bir xalqın, dövlətin ünvanına bu sözləri demək olmaz. Ancaq ermənilərin ünvanına bunu demək olar. Erməni diasporu, Ermənistan dövləti türkdilli dövlətlərə qarşı siyasət aparır. Niyə yalnız Türkiyə və Azərbaycan erməni şovinizminə qarşı mübarizə aparır? Bəs digər türkdilli dövlətlər nə edir? Bu dövlətlərin rəhbərləri Ermənistana səfər edir, hətta biri 12 il əvvəl qondarma erməni genosidi abidəsinə əklil qoymuşdu.

 

Digər tərəfdən, işğal olunmuş ərazilərdə narkotik bitkilər yetişdirilir, bu, artıq dünyanın problemidir. Bizə demokratiyadan dərs keçməyə çalışırlar. Nə qədər ki, Qərb, qonşularımız ayılmayıb, bir zaman erməni terrorizmi, separatizmi ilə onlar da üzləşəcəklər”.

 

Dövlət Komitəsinin sədri ilk növbədə işğal altındakı rayonların gənclərinin hərb sənətinə maraq göstərməli olduğunu bildirib: “İşğal altında olan rayonların gənclər hərbi təhsil almağa meyllənməlidir. Ola bilər ki, bir gözəl gündə Ali Baş Komandan bəyan etsin ki, dünyanın ədalətsizliyi davam edir və torpaqlarımızın işğaldan azad edilməsi barədə əmr versin. Orduya, əsgərə münasibət dəyişməlidir, ilk növbədə gənclərimiz orduya meyllənməlidir. Türkiyə vətəndaşı xaricdə yaşasa da, hərbi xidmət üçün vətənə qayıdır. Türkiyədən bu nümunəni niyə götürməyək? Fərarilik torpaqları işğal altında olan ölkə üçün biabırçılıqdır. Günahkar ilk növbədə valideynlərdir. Biz qisasçı millət deyilik, amma gənclərimiz qisas almağa hazır olmalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1556
avatar

Oxşar yazılar