Daha bir konqresmen Azərbaycan üzrə İşçi Qrupuna üzv olub
01 mart 2014 10:18 (UTC +04:00)

Daha bir konqresmen Azərbaycan üzrə İşçi Qrupuna üzv olub

0

ABŞ Konqresinin üzvü Uolter Cons  Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olaraq qoşulub. Bu barədə Lent.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bununla İşçi Qrupundakı konqresmenlərin sayı 62-yə çatıb. Respublikaçılar Partiyasından olan U.Cons Konqresdə Şimali Karolina ştatına aid seçki dairəsini təmsil edir.

2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır. Qeyd edək ki, Azərbaycan İşçi Qrupunun hər iki həmsədri Bil Şuster və Stiv Koen davamlı olaraq ölkəmizə fəal dəstəklərini nümayiş etdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 687

Oxşar yazılar