Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
APA-nın xəbərinə görə, o, Xocalı soyqırımını insanlıq tarixinə vurulan böyük bir ləkə olaraq qiymətləndirib.
C.Çiçək qeyd edib ki, XX əsrin ən böyük qətliamlarından biri Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda törədilib: “Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutan Ermənistan yüz minlərlə Azərbaycan türkünü dədə-baba torpaqlarından uzaqda yaşamaq məcburiyyəti ilə üz-üzə qoyub. Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər beynəlxalq ədalət mühakiməsi qarşısına çıxarılmalı və onlardan hesab sorulmalıdır. Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son verməlidir. 22 il öncə Xocalıda baş verən qətliamı bir daha qınayır, soyqırıma məruz qalan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm”.