Ermənistan – Azərbaycan sərhədində ATƏT-in monitorinqi keçirilib. Lent.az-ın “news.am”a istinadən məlumatına görə, monitorinq Ermənistanın Tavuş rayonunun Dovex kəndi istiqamətində baş tutub.
Saat 12:59-da başlanan müşahidələr 13 dəqiqə sürüb. Ermənistan və Azərbaycan tərəfindəki qruplar arasında 900 metrədək məsafədə vizual kontakt qurulub.
Monitorinq insidentsiz başa çatıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, qarşı tərəfdən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və şəxsi köməkçisi Uilyam Prayor keçiriblər.