BMT-nin baş katibi Bakıya dəvət edildi
22 mart 2014 10:43 (UTC +04:00)

BMT-nin baş katibi Bakıya dəvət edildi

ABŞ-da rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov BMT-nin baş katibinin müavini Yan Eliassonla görüşüb. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir BMT-nin baş katibi Ban Ki-Muna oktyabrda Bakıda keçiriləcək ilk "Gənclər siyasəti üzrə Qlobal Forumu"na rəsmi dəvət təqdim edib.

 

Səfər çərçivəsində A.Rəhimov eyni zamanda BMT-nin baş katibinin İctimai Əlaqələr və Məlumat üzrə müavini Piter Launski-Tieffenthalla görüş keçirib. Azərbaycan hökumətinin uğurlu gənclər siyasəti haqda məlumat verərək, bu modelin digər ölkələr üçün örnək ola biləcəyini qeyd edib. Görüş əsnasında Azərbaycanın BMT-nin müxtəlif qurumları, o cümlədən BMT Baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi ilə apardığı əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilmişdir.

 

Bakıda keçiriləcək  "Gənclər siyasəti üzrə Qlobal Forum"la bağlı hazırlıq görüşündə də iştirak edən nazir Forumun əhəmiyyətindən söz açıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692
avatar

Oxşar yazılar