Azərbaycanla Braziliya təmsilçiləri arasında məsləhətləşmələr keçirilib
28 mart 2014 20:00 (UTC +04:00)

Azərbaycanla Braziliya təmsilçiləri arasında məsləhətləşmələr keçirilib

0

Martın 24-26-da  Braziliyada Azərbaycan Respublikası və Braziliya Federativ Respublikası xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

 

Lent.az-ın məlumatına görə, Azərbaycan tərəfini Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil edib.

 

Məsləhətləşmələr zamanı Azərbaycan və Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib. Yaşar Əliyevin Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Eduardo dos Santos ilə görüşü keçirilib.

 

Bundan əlavə, səfir Y.Əliyev Braziliya Milli Konqresinin üzvləri, o cümlədən Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupunun sədri Klaudio Kajado Sampayo ilə görüşlər keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 592

Oxşar yazılar