Azərbaycandakı Ukrayna diasporu Rusiyanın təcavüzünü pislədi
07 mart 2014 12:29 (UTC +04:00)

Azərbaycandakı Ukrayna diasporu Rusiyanın təcavüzünü pislədi

0

 

Azərbaycandakı Ukrayna diasporu Rusiyanın müstəqil Ukrayna dövlətinə qarşı hərbi təcavüzünü pisləyən bəyanat yayıb.


 

Ukraynanın Bakıdakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda yaşayan ukraynalılar Rusiyanın Ukraynaya qarşı addımlarını açıq hərbi təcavüz kimi qiymətləndiriblər.

 

“Biz Ukraynadakı bacı və qardaşlarımızla həmrəyik. Rusiya hökumətini Ukrayna xalqına qarşı əsassız təcavüzü dayandırmağa çağırırıq. Kremlin siyasəti qardaş müharibəsinə başlamaq cəhdidir”, - deyə o vurğulayıb.

 

Bəyanatı “Azərbaycan-Ukrayna iqtisadi əlaqələrə dəstək” ictimai birliyinin sədri Yuri Osadçenko, Azərbaycanın Ukrayna İcması Şurasının sədri Andrey Zariçnıy və veteranlar şurasının sədri Leonid Perevetski imzalayıblar. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1270

Oxşar yazılar