Azərbaycan Əfqanıstana daha 1 milyon avro ayırdı
15 yanvar 2014 18:46 (UTC +04:00)

Azərbaycan Əfqanıstana daha 1 milyon avro ayırdı

Azərbaycan prezidenti NATO-nun baş katibi ilə bölgədəki vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıqlarını bildirib


 

Azərbaycan Əfqanıstan Milli Ordusuna dəstək Fonduna daha 1 milyon avro ayırır. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan bu il İSAF qüvvələrinin çıxarılmasından sonra da Əfqanıstana dəstəyini davam etdirmək niyyətindədir: “Biz əfqan ordusuna dəstək fonduna 1 milyon avro ayırmışdıq və yardımı davam etdirəcəyimizi vəd etmişdik. Bu gün mən demək istəyirəm ki, biz daha 1 milyon avro ayıraraq bunu Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar edilməsinə öz töhfəmiz sayırıq”.  

 

Azərbaycan prezidenti NATO-nun baş katibi ilə görüşdə bölgədəki vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıqlarını söyləyib: “Bu münaqişə regional təhlükəsizlik və sabitlik üçün əsas maneədir. Münaqişə mümkün qədər qısa zamanda həll olunmalıdır. Problemin həlli beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar