ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza gələcək
26 fevral 2014 13:39 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza gələcək

0

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici siyasət idarəsinin rəhbəri Didye Burkhalter Cənubi Qafqaz bölgəsinə səfər edəcək.


 

APA-nın xəbərinə görə, bunu D. Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı deyib. O, səfərin tarixini açıqlamayıb.

 

D. Burkhalter bildirib ki, Cənubi Qafqaz regionu İsveçrənin ATƏT-ə sədrliyinin prioritet istiqamətlərindən biridir.   

 

Qeyd edək ki, ötən ilin sonlarında Cenevrədəki Humanitar Dialoq Mərkəzinin eksperti Anjelo Qnadinger ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar