Arif Hacılı və Gülağa Aslanlı qayıtdı
11 mart 2014 10:37 (UTC +04:00)

Arif Hacılı və Gülağa Aslanlı qayıtdı

0

Martın 10-da Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı və digər başqan müavini Gülağa Aslanlı Bakıya qayıdıblar.


 

Bu barədə APA-ya məlumat verən G. Aslanlı deyib ki, onlar gecə saat 03:00 radələrində vətənə dönüblər. G. Aslanlı heç bir əsas gətirilmədən Rusiya hüquq-mühafizə orqanları tərəfindən Mahaçqalada saxlanıldıqlarını və geri göndərildiklərini bildirib. O, hadisə ilə əlaqədar bu gün partiyanın qərargahında mətbuat konfransı keçirəcəklərini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar