Almaniyada Novruz bayramı qeyd olunub
26 mart 2014 17:39 (UTC +04:00)

Almaniyada Novruz bayramı qeyd olunub

0

Martın 23-24-də Almaniyanın paytaxtı Berlində Novruz bayramı geniş şəkildə qeyd edilib. Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyindən Lent.az-a verilən məlumata görə, Novruz şənliyi Azərbaycan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan səfirliklərinin əməkdaşlığı və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

 

Şənliklər martın 23-də Avropanın nüfuzlu muzeylərindən olan Berlin Etnologiya Muzeyində başlanıb. Azərbaycanı Novruz proqramında Fikrət Əmirov adına “Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı” təmsil edib. Rəqqaslarımızın ifasında “Naz eləmə”, “Sarı gəlin”, “Azərbaycan”, “Bayram” və digər Azərbaycan milli rəqs havaları tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb.

 

Novruz tədbirləri martın 24-də Türkiyənin Almaniyadakı səfirliyinin binasında davam etdirilib. Səfirliklər arasında əldə olunmuş razılığa əsasən, artıq ənənə halını almış Berlin Novruz şənlikləri növbəti illərdə də növbə ilə həmtəşkilatçı ölkələrin Berlində yerləşən diplomatik nümayəndəliklərində qeyd olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 935

Oxşar yazılar