ABŞ səfiri: ” Xocalı faciəsinin Azərbaycan üçün ağrı-acı olduğunu anlayırıq” - <span style="color:red;">YENİLƏNİB
26 fevral 2014 11:50 (UTC +04:00)

ABŞ səfiri: ” Xocalı faciəsinin Azərbaycan üçün ağrı-acı olduğunu anlayırıq” - YENİLƏNİB

Riçard Morninqstar: “ABŞ Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayır”


 

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar 26 fevral – Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

 

APA-nın məlumatında görə, ABŞ-ın Azərbaycandakı səfirliyin Facebook sosial şəbəkədəki rəsmi səhifəsində yayılan bəyanatda deyilir ki, ABŞ Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayır.

 

“İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işləməyə sadiqdir”, - deyə diplomat bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353
avatar

Oxşar yazılar