<b>Sərdar Cəlaloğlu:</b> “Eldar Namazovdan siyasətçi çıxmaz”
27 fevral 2014 13:00 (UTC +04:00)

Sərdar Cəlaloğlu: “Eldar Namazovdan siyasətçi çıxmaz”

“Müsavatda başqanlığa ən böyük mənəvi haqqı olan Arif Hacılıdır, ancaq onun xarakteri Müsavat Partiyasının monolitliyini təmin etməyə kifayət etmir”


 

ADP sədri Sərdar Cəlaloğlu Müsavat Partiyası və “El” Hərəkatının gözlənilən qurultayları və bu təşkilatların siyasi gələcəyi ilə bağlı proqnoz verib.

 

S. Cəlaloğlu APA-ya açıqlamasında deyib ki, əgər qurultay planlaşdırıldığı kimi, may ayında keçirilərsə, Müsavat Partiyasının başqanlığına ən şanslı namizəd partiyanın İcra Aparatının rəhbəri Arif Hacılıdır.

 

ADP sədri bildirib ki, mənəvi haqq baxımından da yanaşılsa, başqanlığa ən böyük mənəvi haqqı olan da A. Hacılıdır: “Çünki o, Müsavat Partiyasında ilk gündən təşkilatın ağırlığını öz çiyninə götürmüş şəxsdir. Ancaq Arif Hacılının xarakteri Müsavat Partiyasının monolitliyini təmin etməyə kifayət etmir” .

 

S. Cəlaloğlu hesab edir ki, Müsavat Partiyasının İsa Qəmbərdən sonra siyasi səhnədə qalması və inkişafı üçün təşkilati qabiliyyətinə, prinsipiallığına görə Arif Hacılı, davranışlarına, baxışlarına və ictimai-siyasi münasibətlərdə iştirakına görə Qubad İbadoğlu kimi bir adam lazımdır. ADP sədri ən azı Müsavat Partiyasının rəhbərliyində bu şəkildə sintez olmasa, İsa Qəmbərdən sonrakı dönəmdə Müsavat Partiyasının taleyinin çox acınacaqlı olacağını söyləyib.

 

ADP sədrinin sözlərinə görə, “El” Hərəkatı yoxdur və bu Eldar Namazovun blefidir: “Eldar Namazovun təşkilatçılıq qabiliyyəti yoxdur. Eldar Namazovdan yaxşı politoloq çıxar, siyasətçi çıxmaz. Eldar Namazovda siyasətçi üçün xarakterik olan heç bir cəhət yoxdur.  “El” Hərəkatında da 30-40 nəfər adam var, qrup maraqlarına görə bir yerdədirlər. Qrup maraqları da toqquşanda ayrılacaqlar”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417
avatar

Oxşar yazılar