<b>Səfirlik: </b>Üçüncü qüvvələr zərbə vurmamalıdır!
13 mart 2014 15:05 (UTC +04:00)

Səfirlik: Üçüncü qüvvələr zərbə vurmamalıdır!

İranın Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının ildönümü ilə əlaqədar bəyanat yayıb.


 

APA-nın məlumatına görə, bəyanatda deyilir ki, İranla Azərbaycan arasında mövcud olan dərin əlaqələr ortaq din, qardaşlıq və qonşuluq prinsiplərinə söykənir və bu ortaqlıqlar hər iki dövləti bir-birinə yaxın edir.

 

Bəyanatda vurğulanır ki,  İran Azərbaycan xalqının izzəti, inkişafı və rifahını istəyir: “İran və Azərbaycan beynəlxalq səviyyədə də bir-birinə dəstək olurlar. İki ölkə arasında əməkdaşlıq möhkəm olmalıdır ki, üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməsinlər”.

 

Qeyd edək ki, İran Azərbaycanın müstəqilliyini 1992-ci il martın 12-də tanıyıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar