<b>Gerhard Şröder:</b> “Almaniya Azərbaycanın əsas tərəfdaşıdır”
13 mart 2014 11:39 (UTC +04:00)

Gerhard Şröder: “Almaniya Azərbaycanın əsas tərəfdaşıdır”

0

Azərbaycanla Almaniya arasında siyasi münasibətlər çox yaxşı səviyyədədir.


 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan-Almaniya xarici ticarət palatasının təşkil etdiyi mühazirədə Almaniyanın sabiq kansleri Gerhard Şröder deyib.

 

İki ölkə arasındakı münasibətlərin tarixən yaxşı olduğunu deyən G.Şröder 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ilk parlamentində almanların təmsil olunduğunu xatırladıb.

 

“Bu gün Almaniya Azərbaycanın Qərbi Avropadakı əsas tərəfdaşıdır. 2012-ci ildə ticarət palatasının yaradılması ikitərəfli əlaqələrin möhkəmlənməsi baxımından zəruri addım olub. Onun fəaliyyəti Almaniya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün vacibdir”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi ötən il ilə müqayisədə 32 faiz artıb. İki ölkə arasında ticarət həcmi 2013-cü ildə 3,1 milyard avro təşkil edib. Azərbaycan Almaniyaya neft ixrac edən ölkələr arasında 7-ci yer tutur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 775

Oxşar yazılar