<b>ABŞ Dövlət Departamenti:</b> “Təmas xəttində insidentlər davam edib”
28 fevral 2014 10:57 (UTC +04:00)

ABŞ Dövlət Departamenti: “Təmas xəttində insidentlər davam edib”

“Separatçılar Ermənistanın dəstəyi ilə, əvvəllər olduğu kimi, Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın daha yeddi bölgəsini nəzarət altında saxlayır”.


 

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış və dövlət katibi Con Kerrinin Vaşinqtonda təqdim etdiyi dünyanın bir sıra ölkələrində insan haqlarının vəziyyətinə dair ənənəvi illik hesabatda bildirilir.

 

Qeyd olunur ki, Dağlıq Qarabağın yekun statusu Rusiya, Fransa və ABŞ-ın həmsədri olduğu ATƏT-in Minsk Qrupunun beynəlxalq vasitəçiliyinin predmeti olaraq qalır: “İl ərzində hərbiləşdirilmiş təmas xətti boyunca insidentlər davam edib və hər iki tərəfdən çoxsaylı insan tələfatına səbəb olub. Təmas xəttində mülki əhali arasında tələfat barədə məlumat daxil olmayıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Oxşar yazılar