Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənlərin siyahısını açıqlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müxtəlif xarici dövlətlərin 335 vətəndaşının adı var.
Həmin şəxslərin siyahısı ilə “http://mfa.gov.az/files/file/Arzuolunmaz%20Shexslerin%20Siyahisi-2013.pdf” linkində tanış olmaq olar.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlər “Arzuedilməz şəxslər” siyahısına salınır.