“22 il bundan əvvəl Xocalıda evlərə düşən alov təkcə azərbaycanlı qardaşlarımızın deyil, Anadolu türklərinin də ürəklərini yandırdı”.
APA-nın məlumatına görə, bunu özünün rəsmi “Twitter” səhifəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yazıb.
Ə. Davudoğlu əlavə edib ki, kin bəsləmək üçün yox, dərs almaq və eyni acıları təkrar yaşamamaq üçün Xocalının əziz xatirəsi zehinlərdə hər zaman təzə qalacaq.