“Münaqişələrin həlli mümkün deyil”
16 yanvar 2014 14:11 (UTC +04:00)

“Münaqişələrin həlli mümkün deyil”

Didye Burkhalter: “İsveçrə həmsədrlərin səylərini, Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyətləri və ekspertləri arasında görüşlərin keçirilməsini dəstəkləyəcək”


 

Bu il ATƏT-də sədrliyi qəbul edən İsveçrə öz prioritetlərini açıqlayıb. APA-nın məlumatına görə, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter ATƏT-in Daimi Şurasında çıxış edib. O bildirib ki, sədrlik çox böyük məsuliyyətdir və İsveçrə 2014-cü ildə əsas diqqətini ATƏT məkanında təhlükəsiz və stabil cəmiyyət yaratmağa yönəldəcək.

 

D. Burkhalter “dondurulmuş” münaqişələrin həllinə toxunub: “Biz hamımız bu münaqişələrin ədalətli və uzunmüddətli həlli üçün məsuliyyət daşıyırıq. Biz bilirik ki, münaqişələrin həllinə bir gecədə nail olmaq mümkün deyil. Tərəflərin bunun üçün istəyi olmasa, nəticə əldə edilməyəcək. Yalnız oturub baxaraq münaqişələri həll etmək olmaz. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bir neçə müsbət işarələr olub, yüksək səviyyədə təmaslar intensivləşib. Təmas xəttində insidentlər isə hələ də narahatlıq doğurur. Biz hamımız bilirik ki, sülhə aparan yol uzundur. İsveçrə həmsədrlərin səylərini, Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyətləri və ekspertləri arasında görüşlərin keçirilməsini dəstəkləyəcək”.

 

D. Burkhalter əlavə edib ki, fövqəladə halların idarə olunması, kiber məkanda etimad yaradılması və kiber cinayətkarlıq, insan alveri, işgəncələrə qarşı mübarizə də ölkənin ATƏT-də sədrliyi dövründə əsas prioritetləri olacaq. Onun sözlərinə görə, sədrliyin daha effektli olması üçün İsveçrə əvvəlki və gələcək sədrlər - Ukrayna və Serbiya ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 992
avatar

Oxşar yazılar