“Dağlıq Qarabağ münaqişəsi ən təhlükəli münaqişələrdən biridir” - <span style="color:red;">YENİLƏNİB
26 fevral 2014 15:31 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsi ən təhlükəli münaqişələrdən biridir” - YENİLƏNİB

Didye Burkhalter ABŞ-ın münaqişələrin həllində daha yaxından iştirakını zəruri sayır


 

“Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdən biridir”. APA-nın xəbərinə görə, bunu İsveçrə xarici siyasət idarəsinin rəhbəri D. Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı deyib.

 

D. Burkhalter bildirib ki, bu ilin əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri kimi keçirdiyi ilk görüşlərdən biri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə olub. O, beynəlxalq ictimaiyyətin münaqişənin həllində rolunu xüsusi qeyd edib: “Mən onu da qeyd etmək istərdim ki, həm Qarabağda, həm də Gürcüstanda ABŞ-ın ən yüksək siyasi səviyyədə iştirakı bizim səylərimiz üçün faydalı olardı. Əminəm ki, həlli uzanan münaqişələrin dalana dirənməsini yalnız ABŞ kimi aparıcı beynəlxalq oyunçuların diqqəti və prosesə cəlb olunması ilə aradan qaldırmaq mümkündür”.   

 

D. Burkhalter amerikalı həmsədr Ceyms Uorlikin fəaliyyətini yüksək qiymətləndirib.

 

Fəaliyyətdə olan sədrin sözlərinə görə, adi silahlar üzərində nəzarət, təhlükəsizliyin və etimadın artırılması tədbirləri ATƏT məkanında sabitlik və şəffaflığın möhkəmlənməsi istiqamətində birgə səylərdə əsas rol oynayır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060
avatar

Oxşar yazılar