“Azadlıq” qəzeti bank hesabına qoyulmuş həbsin götürülməsi üçün lazım olan vəsaiti ödəyib. Lent.az-ın xəbərinə görə, qəzetin baş redaktor müavini Rahim Hacıyevin yaydığı açıqlamaya görə, qəzetin bank hesabına qoyulan həbsin götürülməsi üçün 65 min manat cərimə ödəmək tələb olunub: “ Yaranmış ağır böhrandan çıxmaq üçün “Azadlıq” Avropa Birliyinin Demokratiyaya Dəstək Fonduna müraciət etdi. Bu fondun məqsədi demokratik institutların, o cümlədən demokratiya mövqeyində duran mətbuat orqanlarının dəstəklənməsidir. Fondun “Azadlıq” qəzeti ilə başlanmış əməkdaşlığı bəhrəsini verdi. “Azadlıq”la fond arasında bağlanmış qrant müqaviləsinə əsasən, hesabın açılması üçün zəruri olan məbləğ qəzetin hesabına köçürüldü və bunun nəticəsində hesabın açılması mümkün oldu”.
R. Hacıyev bildirib ki, hazırda qəzetin əsas problemi noyabrın ikinci yarısı və dekabr ayı üzrə əməkdaşlara olan əmək haqqı borclarının ödənilməməsidir.
“Azadlıq”ın cəriməsini Avropa Birliyinin Demokratiyaya Dəstək Fondu ödəyib
807